Смесители для душа и ванны
Детские игрушки, развивающие игр
Heydər Əliyev Mərkəzinin Xocalı soyqırımı haqqında ingilis dilində hazırladığı “Khojaly Genocide” adlı kitabça Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi tərəfindən Koreya dilinə tərcümə edilərək 5 min nüsxədə çap edilmişdir.
Kitabçada Azərbaycanın, xüsusən də dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Dağlıq Qarabağ bölgəsinin tarixi və mədəni tarixi abidələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı, bir sıra dünya ölkələrinin parlamentləri və beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımının tanınması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət” (“Justice for Khojaly”) kampaniyası haqqında məlumatlar və fotoşəkillər yer almışdır.
Kitabçanın Koreya Respublikasının dövlət və hökumət rəsmilərinə, təhsil ocaqları, kütləvi informasiya vasitələri və Koreya ictimaiyyətinə çatdırılması nəzərdə tutulmuşdur.